owl detail 620 6a6effc99a12da0b181127d160798831

Moskvanın “Vnukovo” hava limanında uçuşlara müvəqqəti məhdudiyyətlər tətbiq edilib. 

Globalinfo.az xəbər verir ki, bu barədə Rosaviasiya nümayəndəsi Artem Korenyako məlumat yayıb.

“Hava limanı müvəqqəti olaraq uçuşları qəbul etmir və ya göndərmir. Hava limanında “xalça planı” tətbiq edilib. Məlumdur ki, artıq azı dörd uçuş və yeddi gəliş reysi təxirə salınıb”, – qeyd edib.

Xatırladaq ki, “xalça planı” sonuncu dəfə Moskva hava limanlarında aprelin 28-də tətbiq edilib.

Safura Bənnayeva
Globalinfo.az

Paylaş: