İran generalı: “Çox inkişaf etmiş gizli silahımız var”

İran generalı: "Çox inkişaf etmiş gizli silahımız var”

“Bizim bəziləri məxfi və hətta ultra-məxfi olan çox inkişaf etmiş silahlarımız var. Bunlar süni intellektdən istifadə edən son dərəcə mürəkkəb sistemlərdir. Hələ də adi silahlar kimi təsnif edilsə də, onların imkanları müstəsnadır”.

Globalinfo.az xəbər verir ki, bu fikirləri İran ordusunun Quru Qoşunlarının komandanı, briqada generalı Kəyumərs Heydəri deyib.

Heydəri İraqın 1980-88-ci illərdə İrana qarşı tətbiq etdiyi müharibədən sonra Quru Qoşunlarında əhəmiyyətli transformasiyanın olduğunu və onun ənənəvi strukturdan müasir, dinamik və yüksək mobil qüvvəyə çevrildiyini qeyd edib:

“Bu gün yerüstü bölmələrimiz sürətli hərəkət, yüksək manevr, tam hücum imkanları və sürətli müdaxilə qabiliyyətinə malikdir. Gözlərimiz açıqdır, əllərimiz tətikdədir. Hər hansı bir təhlükə baş verərsə, düşmənə sağ qalmaq şansı verməyəcəyik”.

Safura Bənnayeva
Globalinfo.az