WhatsApp Image 2024 01 19 at 11.17.15

“ABŞ Ermənistandan gələn mallara 10 faiz gömrük rüsumu tətbiq edib”.

Globalinfo.az xəbər verir ki, bunu Ermənistanın Respublika partiyasının lideri Aram Sərkisyan yazıb.

O bildirib ki, rəsmi İrəvan da vaxt itirmədən bununla bağlı danışıqlar qrupu yaratmalıdır:

“Hökumətimizin diqqətinə çatdırıram ki, rüsumla bağlı qanunda əsas məsələ istehsaldır. Bu istiqamətdə danışıqlar qrupunun yaradılması və rüsumları yüksək olan ölkələrdən istehsalın Ermənistana gətirilməsinə çalışmalıyıq.

Mən əminəm ki, Azərbaycan və Gürcüstan artıq bu istiqamətdə işləyir və biz onları qabaqlasaq, çox yaxşı olar”.

Safura Bənnayeva
Globalinfo.az

Paylaş: