“Ford”un Kölndəki zavodunda 3200 ixtisar – azərbaycanlılar işsiz qalacaq

 

 

Amerika Birləşmiş Ştatlarının (ABŞ) nəhəng avtomobil konserni “Ford”un Almaniyanın Köln şəhərindəki zavodu 3200 işçisini ixtisar etməyə hazırlaşır.

Globalinfo.az-ın məlumatına görə, bu barədə Almaniyada gündəlik dərc edilən “Express” qəzeti məlumat yayıb.

Qəzetin məlumatında qeyd edilir ki, bu, işçi qüvvəsinin demək olar ki, dörddə biridir. “Ford” rəhbəri Jim Farley konsernin yenidən qurulması üçün xərcləri azaltmaq istəyir. Eyni zamanda vurğulanır ki, “Ford” tam elektrikli avtomobillərə keçidi sürətləndirmək yönündə iş aparır.

Zavodun 2030-cu ilə qədər planı 6 yeni elektrikli avtomobil modelinin kütləvi istehsalıdır. Eyni zamanda zavod məşhur “Fusion” modelinin istehsalınını tam dayandırmaq haqqında fikirləşir. Qəzet iddia edir ki, “Ford” bu yolla iflasdan qurtulmağa çalışır.

“”Ford” elektrikli avtomobil bazarına rəqiblərinə nisbətən daha gec girdi. Son üç ildə zavod daha çox daxili yanma mühərrikli avtomobillər istehsal edib. Bir-iki elektrikli modellə bağlı isə, problemlər olub. İndi zavod rəhbərliyi fikirləşir ki, artıq rəqiblərinə çatmağın zamanı yetişir. Ona görə, “Ford” köhnə modellləri elektrikli motorlarla əvəz etmək əvəzinə, bazara yeni 6 modellə daxil olmaq istəyir” – deyə, “Express” yazıb.

Məlumat üçün bildirək ki, “Ford”un Köln şəhərindəki zavodunda əvvəl 18 minə yaxın işçi çalışıb. Pandemiya zamanı 4 min işçi ixtisar edilib. Zavodun Cənubi Qafqaz ölkələrindən, xüsusilə Azərbaycandan olan xeyli işçisi var.

Gülnar

Globalinfo.az