Ermənistandan KTMT-yə pis xəbər: “Çətinlik çəkirik”

Ermənistandan KTMT-yə pis xəbər: "Çətinlik çəkirik"

Ermənistan hökuməti “KTMT-nin 2024-cü il büdcəsi haqqında” qərarı imzalamaqdan imtina edib.

Globalinfo.az xəbər verir ki, bu barədə Ermənistan Xarici İşlər Nazirliyi məlumat yayıb.

“Ermənistan təşkilatın fəaliyyətinin maliyyələşdirilməsində iştirak etməyəcək”,- qeyd edilib.

Xatırladaq ki, bundan  əvvəl Rusiya xarici işlər nazirinin müavini Aleksandr Pankin bəyan etmişdi ki, Ermənistan 2025-ci ilin sonuna kimi KTMT büdcəsinə üzvlük haqqını ödəməsə, təşkilata üzv ölkələr “müxtəlif ssenarilər nəzərdən keçirə bilərlər”.

Safura Bənnayeva
Globalinfo.az