Braziliya Prezidenti Luiz İnasio Lula da Silva Ukrayna Prezidenti Volodimir Zelenskinin xahişi ilə onunla görüşə gələn İtaliyanın keçmiş baş naziri Massimo d’Alemanı qovub.
Globalinfo.az xəbər verir ki, bu barədə “La Repubblica” qəzeti məlumat yayıb.
Nəşr qeyd edir ki, Silva ona “Ukrayna əvəzinə Fələstinə diqqət yetirməyi” tövsiyə edib. İtaliyanın keçmiş baş nazirinin Pekinə səfəri də nəticə verməyib.
“Mən getdim, lakin Lula Ukraynanın ABŞ-ın problemi olduğunu və bununla məşğul olmayacaqlarını deyərək məni, az qala, qovdu. “Ukraynanın əvəzinə Fələstinlə məşğul olmalıyam” dedi”, – Massimo vurğulayıb.
Safura Bənnayeva
Globalinfo.az