Rus ordusu “ölüm yolu”na çatdı – Şiddətli döyüş gedir

WhatsApp Image 2024 05 27 at 16.25.50

“Kursk vilayətində “ölüm yolu” adlandırılan Sudca-Yunakovka magistral yolu boyunca Ukrayna Silahlı Qüvvələri ilə qızğın döyüşlər gedir”.

Globalinfo.az xəbər verir ki, bu barədə Rusiyanın Şimal Hərbi Dairəsinə yaxın Teleqram kanalları məlumat yayıb.

“Sudca-Yunakovka şossesi boyunca meşə zolaqlarında şiddətli döyüşlər davam edir. Düşmən bir neçə dayaq məntəqəsindən qovulub və silahlı qüvvələrimiz mövqelərini möhkəmləndirirlər”, – məlumatda deyilir.

Həmçinin vurğulanır ki, Rusiya hərbi qüvvələri Ukrayna ordusunu Qoqolevkanın əksər hissəsindən praktiki olaraq sıxışdırıb çıxarıb və “qəsəbənin ətrafının təmizlənməsini” yekunlaşdırır.

Safura Bənnayeva
Globalinfo.az