
Ermənistan Baş naziri Nikol Paşinyan ilə İran İslam Respublikasının Prezidenti Məsud Pezeşkian arasında telefon danışığı olub.
Globalinfo.az xəbər verir ki, bu barədə Ermənistan hökumətinin mətbuat xidməti açıqlama yayıb.
“Baş nazir İran İslam Respublikasının Prezidentinə “Ermənistan və Azərbaycan arasında sülh və dövlətlərarası münasibətlərin qurulması haqqında Müqavilə”nin layihəsinin mətninin təsdiqlənməsi və danışıqların başa çatması barədə məlumat verib”, – deyə bildirilib.
Həmsöhbətlər regional, o cümlədən Ermənistan və İran arasında ikitərəfli münasibətlərlə bağlı digər məsələləri də müzakirə ediblər.
Safura Bənnayeva
Globalinfo.az