Qırğızıstan və Tacikistan sərhəddəki mübahisəli əraziləri delimitasiya prosesində mübadilə ediblər.
Globalinfo.az xəbər verir ki, bu barədə Qırğız Respublikasının Prezidenti Sadır Japarov danışıb.
Onun sözlərinə görə, hər iki tərəf torpaq mübadiləsində heç bir strateji məqsəd güdməyib:
“Yalnız münaqişələrin daim yarandığı ərazilər dəyişdirildi. Bu ərazilər ya anklavlardır. Sərhəd əbədi olaraq həll olunur. Məsələ qoyulub, hər iki tərəfin maraqları nəzərə alınıb”.
Qeyd edək ki, Qırğızıstanla Tacikistan arasında dövlət sərhədinin uzunluğu təqribən 980 km-dir. 2002-ci ilin dekabrından sərhədin dəqiq müəyyənləşdirilməsi və xəritələşdirilməsi ilə bağlı danışıqlar davam edir.
Safura Bənnayeva
Globalinfo.az














