“Fransanın “Mirage 2000” qırıcılarının Kiyevə tədarükü Qərbi Ukraynadakı münaqişədə daha çıxılmaz vəziyyətə salır”.

Globalinfo.az xəbər verir ki, bu fikirləri Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova bildirib.

“Bu, təəssüf ki, vəziyyəti Qərb və Kiyev rejimi üçün daha çıxılmaz vəziyyətə salan növbəti hərəkətdir”, – o qeyd edib.

Zaxarova deyib ki, Ukrayna Prezidenti Volodimir Zelenski döyüş meydanındakı vəziyyətdən asılı olmayaraq Qərb ölkələrindən davamlı olaraq daha çox pul və silah tələb edir. O əlavə edib ki, NATO ölkələri özləri üçün ümidsiz vəziyyət yaradaraq, yeni hərbi yardımlar göndərmək məcburiyyətindədirlər.

Safura Bənnayeva
Globalinfo.az

Paylaş: