Trampdan Putinə: “Bu, biabırçılıq idi”

Trampdan Putinə: "Bu, biabırçılıq idi"

ABŞ Prezidenti Donald Tramp Rusiya lideri Vladimir Putinlə söhbəti zamanı sələfi, demokrat Co Baydeni növbəti dəfə təhqir edib.

Globalinfo.az xəbər verir ki, bu barədə  “New York Post” məlumat yayıb.

“Bayden ölkəmiz üçün biabırçılıq idi. Biz ABŞ-ın keçmiş prezidentinin administrasiyasından fərqli olaraq Putinlə həmişə yaxşı münasibətdə olmuşuq” – deyə Tramp bildirib.

Qeyd edək ki, Donald Tramp və Rusiya lideri Vladimir Putin arasında telefon danışığı olub. Onlar Ukraynadakı münaqişənin yollarını müzakirə ediblər.

Safura Bənnayeva
Globalinfo.az