Tramp qonşu ölkəni tanımadığını bəyan etdi – İşğal anonsu

Tramp qonşu ölkəni tanımadığını bəyan etdi - İşğal anonsu

“Kanada tamamilə ABŞ-dan asılıdır və buna görə də suveren dövlət ola bilməz”.

Globalinfo.az xəbər verir ki, bu fikri ABŞ Prezidenti Donald Tramp deyib.

Onun sözlərinə görə, ABŞ Kanadada hər il 250 milyard dollar itirir.

“Mən bunu bir gündə dayandıra bilərdim və Kanada müstəqil bir ölkə kimi mövcud olmazdı. Kanada illərdir ABŞ-ı öz xeyirinə istifadə edir. Biz artıq bunun baş verməsinə icazə verməyəcəyik. Bizim subsidiyalarımız olmasa, Kanada həqiqətən də indi mövcud deyildi”, – Tramp bildirib.

O dəfələrlə bəyan edib ki, Kanada və Qrenlandiya ABŞ-ın bir hissəsi olmalıdır. Siyasətçinin sözlərinə görə, o, həmçinin Panama kanalını ABŞ-ın nəzarətinə qaytarmaq və Meksika körfəzinin adını Amerika körfəzi adlandırmaq niyyətindədir. Panama, Kanada və Danimarka hakimiyyət orqanları respublikaçının bəyanatlarına kəskin reaksiya verib.

Safura Bənnayeva
Globalinfo.az