Türkiyədən İrana aparıldı: mahnısına görə edam edilir

Türkiyədən İrana aparıldı: mahnısına görə edam edilir

İran məhkəməsi “Tatalu” kimi tanınan məşhur müğənni Əmir Hüseyn Maqsudlou ölüm cəzasına məhkum edib.

Globalinfo.az xəbər verir ki, bu barədə İran mediası məlumat yayıb.

Bildirilib ki, o, mahnıda Məhəmməd peyğəmbəri təhqir etdiyinə görə edam cəzasına məhkum edilib, lakin hökm qəti deyil və apellyasiya şikayəti verilə bilər.

Qeyd edək ki, 37 yaşlı musiqiçi 2018-ci ildən İstanbulda yaşayıb və 2023-cü ilin dekabrında Türkiyə polisi onu İrana ekstradisiya edib. Həmin vaxtdan o, İranda saxlanılır.

Safura Bənnayeva
Globalinfo.az