Azərbaycanlı qardaşlarım indicə mənə bildirdilər ki… – Vuçiç

Azərbaycanlı qardaşlarım indicə mənə bildirdilər ki... - Vuçiç

“Azərbaycandan olan qardaşlarımız indicə mənə bildirdilər ki, fors-major halların yaratdığı obyektiv problemlərə baxmayaraq, Serbiyaya qaz nəqli dayandırılmayacaq”.

Globalinfo.az xəbər verir ki, bu fikirləri Serbiya Prezidenti Aleksandar Vuçiç X sosial platformasında yazıb.

“Azərbaycana və Prezidentə (İlham Əliyevə – red.) sonsuz təşəkkürlər! Onu tezliklə Belqradda qarşılamağı səbirsizliklə gözləyirəm”, – Vuçiç bildirib.

Xatırladaq ki, bir qədər əvvəl “AnewZ” hökumət mənbələrinə istinadən Azərbaycandan Serbiyaya qaz nəqlinin ikiaylıq dayandırılması ilə bağlı xəbərlərin həqiqəti əks etdirmədiyini açıqlamışdı.

Safura Bənnayeva
Globalinfo.az