Bu gün İspaniya Superkubokunun final matçı baş tutacaq.
Globalinfo.az xəbər verir ki, turnirin finalında “Real Madrid” və “Barselona” komandaları qarşılaşacaq.
Səudiyyə Ərəbistanının Ciddə şəhərində keçiriləcək görüş Bakı vaxtı ilə saat 23:00-da başlayacaq.
Qeyd edək ki, indiyə qədər İspaniya Superkubokunu ən çox qazanan komanda Barselonadır (14 dəfə). Əzəli rəqibi “Real Madrid” isə kuboku 13 dəfə qazana bilib.
Ötən gün çətin final matçı öncəsi mətbuata açıqlama verən “Real Madrid”in baş məşqçisi Karlo Ançelotti ilk 11 seçimi ilə bağlı mesajlar verib. Yarımfinalda “Malyorka” ilə matçda Arda Gülərə şans verməyən Ançelotti “Barselona” matçı üçün açıqlamasında da “Heyətdə sürpriz olmayacaq” deyib.
Bu açıqlamadan sonra idman ictimaiyyəti və İspaniya mətbuatında 19 yaşlı Ardanın “Barselona”ya qarşı ilk 11-də başlamayacağını, oyunun son bölümündə meydana daxil olacağını yazıb.
Safura Bənnayeva
Globalinfo.az














