ABŞ Qırmızı dəniz üzərində öz qırıcısını vurdu

ABŞ Qırmızı dəniz üzərində öz qırıcısını vurdu

ABŞ hava hücumundan müdafiə sistemi ölkənin Hərbi Dəniz Qüvvələrinin “F/A-18” qırıcısını Qırmızı dəniz üzərində vurub.

Globalinfo.az xəbər verir ki, “Röyter” hadisənin səhvdən qaynaqlandığını yazıb.

Məlumata görə, pilotlar katapult edərək suya düşüb. Onlar xilas edilib, yalnız biri yüngül xəsarət alıb.

“USS Gettysburg” raket kreyserinin “F/A-18″-i düşmən təyyarəsi və ya raketi ilə necə səhv sala biləcəyi hələ ki məlum deyil”, – deyə məlumatda deyilir.

Safura Bənnayeva
Globalinfo.az