“Əgər kimsə bizi inandırsa ki, şəffaflıq haqqında qanun və ya digər istənilən qanun hüquqi prinsiplərə, eləcə də Avropa ruhuna uyğun deyil, biz qərarımıza yenidən baxmağa hazırıq”.
Globalinfo.az xəbər verir ki, bunu Gürcüstan Baş naziri İrakli Kobaxidze “Sky News”a müsahibəsində deyib.
O bununla bağlı səmimi diskussiya aparılması gərəkdiyini bildirib.
Qeyd edək ki, ABŞ və Avropa ölkələri Gürcüstanı ən çox xarici agentlər haqqında qanunu qəbul etdiyi üçün ittiham edirlər. Bu fonda Gürcüstana sanksiyalar və bəzi məhdudiyyətlər tətbiq edilir. Qərb ölkələri Gürcüstanın səmimiliyini sübut etməsi üçün qəbul edilən qanunun ləğv edilməsini istəyirlər.
Safura Bənnayeva
Globalinfo.az