Fazil Qasımovun məhkəməsi başlayır: Qubad İbadoğlunun işi…

fazil qasimov 1

Qubad İbadoğlunun işi ilə bağlı Türkiyədə tutularaq ölkəyə gətirilən azərbaycanlı alim Fazil Qasımovun cinayət işi üzrə ibtidai istintaq bu gün başa çatıb.

Globalinfo.az “Qafqazinfo”ya istinadən bildirir ki, Qasımova Cinayət Məcəlləsinin 204.3.1 (saxta pul və ya qiymətli kağızlar hazırlama, əldə etmə və ya satma mütəşəkkil dəstə tərəfindən törədildikdə) maddəsi ilə yekun ittiham elan edilib.

Onun vəkili Telman Qasımov saytımıza açıqlamasında deyib ki, iş materialları ilə tanış olublar. Cinayət işinə xitam verilməsi haqda vəsatət veriblər. İş bu günlərdə baxılması üçün Bakı Ağır Cinayətlər Məhkəməsinə göndəriləcək.

Vəkil qeyd edib ki, istintaqın sonunda Fazil Qasımovun işi professor Qubad İbadoğlunun işindən ayrılıb. Eyni maddə ilə ittiham olunan və hazırda barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmiş Q.İbadoğlunun işi ayrıca icraata götürülüb.