Arutyunyan aranı qarışdırdı: Azərbaycanlılar İrəvana gedir?

Arutyunyan aranı qarışdırdı: Azərbaycanlılar İrəvana gedir?

Xəbər verdiyimiz kimi, Ermənistanın Baş nazir aparatının rəhbəri Araik Arutyunyan Türkiyənin bir sıra media nümayəndələrinin Ermənistana səfərinin nəzərdə tutulduğunu deyib.

Globalinfo.az xəbər verir ki, Arutyunyanın bu açıqlaması erməni ictiamiyyətində birmənalı qarşılanmayıb.

Məsələyə münasibət bildirən erməni ictimai xadim Armen Hovasapyan türklərlə “döyüş mövsümü”nün açıldığını iddia edib:

“Türkiyəli ekspertləri, jurnalistləri “Sülhün kəsişməsi”ni müzakirə etmək üçün Ermənistana dəvət edirlər. Bəlkə də türklərlə yanaşı, azərbaycanlıları da ölkəyə dəvət edəcəklər. Arutyunyan bunu da demək istəyib, sadəcə, sonraya saxlayıb”.

Safura Bənnayeva
Globalinfo.az