4 il sonra iki ölkə razılaşdı: Sərhədlə bağlı yeni qərar

4 il sonra iki ölkə razılaşdı: Sərhədlə bağlı yeni qərar

“Çinin Xarici İşlər Nazirliyinin sözçüsü Lin Jian “Reuters” xəbər agentliyinə müsahibəsində Pekinin Yeni Dehli ilə sərhəd münaqişəsinin həlli məsələsində qərara gəldiyini və razılaşdırılan həll yollarını həyata keçirməyə çalışacağını bildirib. Bundan əvvəl oxşar açıqlamanı Hindistanın xarici işlər naziri Subrahmanyam Cayşankar da səsləndirmişdi”.

Globalinfo.az xəbər verir ki, bunu politoloq Elxan Şahinoğlu deyib.

Onun sözlərinə görə, Hindistan Çinlə sərhəddə patrul fəaliyyətinin bərpası ilə bağlı razılıq əsasında dörd ildir davam edən sərhəd qarşıdurmasına son qoyub:

“Hindistan XİN başçısı əldə edilən razılaşmanı sərhəd bölgələrində sülh və əmin-amanlıq üçün zəmin yaradacağına inandığını deyib. Maraqlıdır ki, Pekin və Dehlidən barışığa yönəlik açıqlamalar Çin lideri Sin Cinpinin və Hindistanın Baş naziri Narendra Modinin Rusiyanın Kazan şəhərində işə başlayan BRİKS sammitindən bir neçə gün əvvəl verilib. Yəni hər iki lider sammit ərəfəsində müsbət nəticə əldə etməklə Kazanda ikitərəfli görüş üçün zəmin yaradıblar.

Pekin və Dehli arasında münasibətlər 2020-ci ilin iyun ayında sərhəddə yaşanan toqquşmalar səbəbindən gərginləşmişdi. Nəticədə iki tərəfin də tkiləri oldu. Onlar bir-birini sərhəd xəttini keçməkdə və razılaşmaları pozmaqda ittiham etmişdilər”.

4 il sonra iki ölkə razılaşdı: Sərhədlə bağlı yeni qərar
Elxan Şahinoğlu

Politoloq bildirib ki, yeni razılaşma Hindistanla Çin arasında 4 ildir davam edən gərginliyi azaldacaq:

“İki ölkə arasında sərhəd xəttinin uzunluğu 3488 kilometrdir. Müxtəlif illərdə sərhədin tam müəyyənləşməsi ilə bağlı danışıqlar aparılsa da, nəticə əldə olunmayıb. Son razılaşma bu prosesə şərait yaratmasa da, sərhəddə birgə patrul xidməti tərəfləri gələcək toqquşmalardan qoruyacaq”.

Ekspert Pekinlə Dehli arasında əldə edilən son razılaşmanın Kremlin maraqlarına uyğun olduğunu vurğulayıb:

“Hindistan və Çin Rusiya ilə birlikdə BRİKS və Şanxay Əməkdaşlıq Təşkilatının üzvüdürlər. Ukrayna müharibəsinə görə ABŞ və Avropa İttifaqı ilə münasibətləri gərginləşdirən Kreml, bu iki təşkilatın güclənməsində maraqlıdır. Çinlə Hindistan arasında gərginliyin olmasına baxmayaraq BRİKS və Şanxay Əməkdaşlıq Təşkilatı çərçivəsində inteqrasiya prosesləri şübhə doğururdu. Pekin və Dehlinin razılıq əldə etməsi hər iki təşkilat çərçivəsində əməkdaşlıqlarına şərair yaradacaq”.

Turan Rzayev
Globalinfo.az