38 yaşlı qadını dayısı döyüb öldürdü – VİDEO

38 yaşlı qadını dayısı döyüb öldürdü - VİDEO

Abşeron rayonunda dəhşətli qətl hadisəsi baş verib.

Globalinfo.az bildirir ki, hadisə Masazır qəsəbəsi, Əliağa Vahid küçəsindəki binalardan birində qeydə alınıb.

Belə ki, 38 yaşlı Türkan Abdurəhimovanın dayısı tərəfindən öldürüldüyü bildirilir. İddialara görə, dayısı bacısının qızını əvvəlcə vəhşicəsinə döyüb, daha sonra isə onu qətlə yetirib.

“Pəncərədən baxıb gördüm ki, həyətdə kimsə yıxılıb. Bildim ki, belə bir hadisə olub. Bura təzə köçmüşdü, 2 uşağı var idi”, – deyə mərhumun qonşusu bildirib.

Hadisəni törətməkdə şübhəli bilinən 58 yaşlı Şakir Rzayev polis əməkdaşları tərəfindən saxlanılıb.

Faktla bağlı Abşeron Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb.

Ətraflı Baku TV-nin süjetində:

***16:36

Qohumunu qəsdən öldürməkdə şübhəli bilinən şəxs tutulub.

Abşeron rayon prokurorluğundann Globalinfo.az-a verilən məlumata görə, yanvarın 30-u saat 13 radələrində rayon ərazisində 1987-ci il təvəllüdlü Türkan Abdurəhimovanın öldürülməsi barədə rayon prokurorluğuna məlumat daxil olub.

Araşdırma zamanı 1967-ci il təvəllüdlü Şakir Rzayevin rayonun Masazır kəndi ərazisində bıçaqla xəsarətlər yetirərək qohumu Türkan Abdurəhimovanı qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilib.

Faktla bağlı Abşeron rayon prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb. Şakir Rzayev iş üzrə şübhəli şəxs qismində tutulub.

İbtidai istintaq davam etdirilir.