Cənubi Qafqazda vəziyyət son dərəcə gərgindir – KTMT

Cənubi Qafqazda vəziyyət son dərəcə gərgindir - KTMT

“Mərkəzi Asiya və Cənubi Qafqazda vəziyyət son dərəcə gərgin olaraq qalır”.

Globalinfo.az xəbər verir ki, bunu Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının (KTMT) Birləşmiş Qərargahının rəisi Andrey Serdyukov deyib.

“Münaqişənin yüksək səviyyəsi, həll edilməmiş ərazi mübahisələri və Qərbin Zaqafqaziyada öz təsirini genişləndirmək istəyi xüsusilə narahatedicidir.

Mərkəzi Asiya regionu beynəlxalq terrorizm, ekstremizm, silah və narkotiklərin qanunsuz yayılması ilə bağlı əhəmiyyətli çağırışlar və təhdidlərlə üzləşməkdə davam edir. Bu amillər təşkilata üzv ölkələrdə sabitliyə əsas təhlükə yaradır”, – o bildirib.

Safura Bənnayeva
Globalinfo.az