Rusiya Fransaya nota verdi

Rusiya Fransaya nota verdi

Rusiyanın Fransadakı səfirliyi Teleqramın təsisçisi Pavel Durovla konsulluq əlaqəsinin təmin edilməsi üçün Fransa Xarici İşlər Nazirliyinə nota göndərib. 

Globalinfo.az xəbər verir ki, bu fikirləri Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova deyib.

“Biz dərhal Fransa hakimiyyət orqanlarından bu həbsin səbəblərini izah etməyi xahiş etdik. Onun hüquqlarının qorunmasını və konsulluğa girişin təmin edilməsini tələb etdik. İndiyədək Fransa tərəfi bu məsələ ilə bağlı əməkdaşlıqdan imtina edir”, – Zaxarova qeyd edib.

Xatırladaq ki, Teleqramın əsisçisi Pavel Durov Fransanın “Le Burje” hava limanında saxlanılıb.

Safura Bənnayeva
Globalinfo.az