ABŞ-ı qorxuya salan hücum: hazırlıq başladı, iki təhlükə var

ABŞ-ı qorxuya salan hücum: hazırlıq başladı, iki təhlükə var

“ABŞ Sakit okeanda yeni təmərküzləşmiş bazalar yaradır”.

Globalinfo.az xəbər verir ki, bunu ABŞ Hərbi Hava Qüvvələrinin Qərargah rəisi general Devin Elvin deyib.

Onun sözlərinə görə, hazırda həmin bazalar ehtimal hücumlardan qorunmaq üçün gərəklidir:

“Bu, ABŞ aviasiyasının Çinlə hərbi konflikt halında döyüş qabiliyyətini artıracaq. Sözügedən bazalar təhdidləri tam olaraq ortadan götürə bilməyəcək. Əsas təhlükə ballistik və qanadlı raketlərdir”.

Qeyd edək ki, ABŞ Çinlə konflikt halında Yaponiya və Guam adalarındakı bazalarının vurulmasından qorxur. Ona görə də Vaşinqton “Agile Combat Employment” konsepsiyasının reallaşdırılmasına başlayıb. Buna əsasən, ABŞ aviasiyası çoxlu sayda ərazidə kiçik obyektlərdə yerləşdiriləcək. Onların sırasına mülki aeroportların da daxil edilməsi nəzərdə tutulur.

Əliyar Xəlil
Globalinfo.az