36 yaşlı qadın 11 ildir yatmır – FOTO

Vyetnamda 36 yaşlı qadın 11 ildir yata bilmir.

Globalinfo.az xarici mediaya istinadən xəbər verir ki, Tran Thi Luu adlı qadın yuxusuzluqdan əziyyət çəkir.

Məlumatda qeyd edilib ki, bir gün heç bir səbəb olmadan qadının gözlərindən yaş axmağa başlayıb. Və bundan sonra qadının yuxusuzluq problemi yaranıb. Hətta yatmağa cəhd etməsi də problemin həllinə kömək etməyib. Yuxuya getmək qabiliyyətini tamamilə itirib. Son 11 ildə o, vaxtının çoxunu gözləri bağlı uzanaraq, əri və uşaqları yatarkən dincəlməklə keçirib.

Yuxusuzluqdan əziyyət çəkən Tran Thi Luunu tibbi yardım almağa məcbur olub. O, Quang Ngai əyalətindəki psixiatriya xəstəxanasına gedib və ona ağır yuxusuzluq diaqnozu qoyulub. Həkimlər ona dərman yazıblar, lakin yan təsirləri çox ağır olduğuna görə o, bir neçə aydan sonra onu qəbul etməyi dayandırıb.

Bu hekayənin qeyri-mümkünlüyünə baxmayaraq , Tran Thi Luuya yaxın olanlar bu halın doğruluğunu təsdiqləyiblər.

Qadın xroniki yuxu çatışmazlığı səbəbindən sağlamlığının əziyyət çəkdiyini etiraf etsə də, bir gün yenidən keyfiyyətli yuxudan həzz ala biləcəyinə inandığını deyir.

Globalinfo.az