“Rusiya bazarda leqal qaydada və qanuni tələblərə uyğun fəaliyyət göstərməyə hazır olan bütün xarici şirkətlər üçün açıqdır”.
Globalinfo.az xəbər verir ki, bunu rusiyalı politoloq İqor Korotçenki deyib.
O bildirib ki, bu və ya digər brend altında saxta malların Rusiyaya idxalına istənilən cəhdin qarşısı alınmalıdır.
“Bizim fransız məhsullarına ehtiyacımız yoxdur. Ona görə də hesab edirəm ki, Rusiya gömrük strukturları qanunvericiliyin pozulmasını göstərə biləcək istənilən fakta diqqət yetirəcəklər”.
Korotçenko Ermənistanda anti-Rusiya ritorikasının güclənməsi fonunda bu ölkənin məhsulları ilə bağlı müəyyən tədbirlərin görüləcəyini də istisna etməyib.
“Paşinyan getdikcə daha çox anti-Rusiya mövqeyi tutsa, o zaman İrəvan və Moskva arasında ticari-iqtisadi dövriyyə ilə bağlı problemlər yarana bilər. Rusiya sanksiya tətbiq etmək niyyətində deyil, amma müəyyən tədbirlər görüləcək”, – deyə Korotçenko vurğulayıb.
Müşviq Tofiqoğlu
Globalinfo.az