Əsir düşən ukraynalı hərbçi Sergey Skryabin Ukrayna artilleriya bölmələrinin öz mövqelərini vurmasından danışıb.
Globalinfo.az xəbər verir ki, bu barədə “Russian” məlumat yayıb.
Skryabinin sözlərinə görə, komandanlığın əmri ilə döyüşçülər mövqelərini tutublar, bundan sonra atışma başlayıb:
“Komandirə bildirdim ki, bizi atəşə tuturlar. O, “Narahat olmayın, biz atəş açırıq”, – dedi. Əsgərlər qaçdılar və təxminən 150 metrdən sonra onları rus hərbçilər qarşıladılar. Üç-dörd dəqiqədən sonra atəş başladı, bizimkilər bizə atəş açırdılar”.
Skryabin onun qrupunun diqqəti yayındırmaq və vaxt qazanmaq üçün istifadə edildiyini vurğulayıb. O həmçinin iddia edib ki, Ukrayna Silahlı Qüvvələri təlim keçməmiş gənc əsgərləri döyüşə göndərir.
Bu da sizə maraqlı ola bilər: Sabiq nazir “2020-də ordu bura girəcəkdi” dedi: aylarla gizlədilən məlumat – VİDEO
Safura Bənnayeva
Globalinfo.az