Gürcüstanda aksiya qızışır: “Rustavi 2”-nin əməkdaşı yaralandı – FOTO / VİDEO

Gürcüstanın paytaxtı Tbilisidə müxalifətin xarici agentlər haqqında qanuna qarşı keçirilən aksiyası davam edir.

Globalinfo.az xəbər verir ki, Gürcüstan Daxili İşlər Nazirliyinin xüsusi təyinatlı qüvvələri parlamentin xidməti girişinə toplaşmağa cəhd edən etirazçıları dağıtmağa başlayıb. Polis gözyaşardıcı qazdan istifadə edib.

Məlumata görə, polisin müdaxiləsi və aksiya iştirakçılarının saxlanılması etirazçıları geri çəkilməyə məcbur edib. Buna baxmayaraq parlamentdə müxalifət liderlərinin, o cümlədən “Aqmaşenebeli Strategiya” müxalifət partiyasından olan deputat Giorgi Vaşadzenin olduğu bildirilir.

Polis aksiya iştirakçılarını parlamentə bitişik başqa küçəyə sıxışdırıb. Aksiya zamanı Gürcüstanın “Rustavi 2” telekanalının operatoru yaralanıb.

Gürcüstan prezidenti Salome Zurabişvili isə keçirilən mitinq fonunda respublika hökuməti və parlamentini təxribatda ittiham edib.

“Tiflisdə Rusiya qanununa (xarici agentlər haqqında qanun) qarşı keçirilən genişmiqyaslı etiraz aksiyasının ikinci gecəsidir. Ancaq hakimiyyətin əhalinin iradəsinə zidd olaraq və tərəfdaşların etirazına baxmayaraq bu qanunu qəbul etməkdə israrlı olması birbaşa təxribatdır”, – Zurabişvili vurğulayıb.

Оператор телеканала Rustavi 2 пострадал при разгоне митинга в Тбилиси - Рамблер/новости

Əliyar Xəlil
Globalinfo.az