Gürcüstan prezidenti Saakaşvilini əfv etməyi planlaşdırır

Gürcüstan prezidenti Saakaşvilini əfv etməyi planlaşdırır

“Gürcüstan Prezidenti Salome Zurabişvili keçmiş prezident Mixail Saakaşvilini əfv edə bilər”.

Globalinfo.az xəbər verir ki, bunu Gürcüstan parlamentinin spikeri Şalva Papuaşvili deyib.

“Zurabişvili müxalifət telekanalının direktoru Nika Qvaramiyanı (2022-ci ildə 3,5 il həbs cəzasına məhkum edilib, 2023-cü ildə əfv olunub) əfv edibsə, Saakaşvilini əfv etmək də çətin olmayacaq”, – o deyib.

Safura Bənnayeva
Globalinfo.az