Kəşfiyyat şefləri toplandı: kritik Qəzza danışıqları başladı

Kəşfiyyat şefləri toplandı: kritik Qəzza danışıqları başladı

Qəzza zolağı ilə bağlı iclas Romada İsrail kəşfiyyat xidmətinin rəhbəri Mossad David Barnea, Mərkəzi Kəşfiyyat İdarəsinin (MKİ) direktoru Uilyam Bernsin, Qətərin Baş naziri Məhəmməd bin Abdel Rəhman Əl Tani və Misir kəşfiyyatının rəhbəri Abbas Kamelin iştirakı ilə başlayıb.

***14:40

İsrail Xarici Kəşfiyyat Xidmətinin (MOSSAD) direktoru David Barnea Romaya səfər edib.

Globalinfo.az xəbər verir ki, bu barədə İsrail Nazirlər Kabineti rəhbərinin ofisinin müşaviri Dmitri Qendelman bildirib.

O, Romada ABŞ-nin Mərkəzi Kəşfiyyat İdarəsinin direktoru Uilyam Berns, Misirin Kəşfiyyat Xidmətinin rəhbəri Abbas Kamel və Qətərin Baş naziri Məhəmməd bin Əbdül Rəhman Əl Tani ilə görüşəcək.

Görüş çərçivəsində Qəzzada atəşkəs və girovların azad edilməsi ilə bağlı danışıqlar aparılacaq.

Globalinfo.az