“Postsovet məkanındakı müharibələrin sonu olmayacaq”.
Globalinfo.az xəbər verir ki, bunu rusiyalı məşhur jurnalist Maksim Şevçenko deyib.
“Dəhşətli faciənin 33-cü ildir. SSRİ-nin çökməsi bütün postsovet məkanında lokal müharibələri başlatdı. Bu, ittifaqın qansız parçalandığını deyənlər üçündür. Məsələ barədə ruslardan, ukraynalılardan, azərbaycanlılardan, ermənilərdən, qırğızlardan, özbəklərdən, moldovalılardan, taciklərdən, gürcülərdən və digərlərindən soruşun. O zaman “qansız çöküş” barədə danışarıq. Qorxuram ki, bu, son olmayacaq”, – o bildirib.
Qeyd edək ki, bu gün SSRİ-nin saxlanılması üçün edilən sonuncu cəhdin üzərindən 33 il keçir. Məhz 1991-ci il avqustun 19-da SSRİ-də Kommunist Partiyasının konservativ qanadı Fövqəladə Vəziyyət üzrə Dövlət Komitəsi yaradıldı. Bundan sonra hakimiyyət çevrilişi cəhdini uğurla başa vurmaq alınmayıb. Nəhayətində isə SSRİ-də yer alan respublikaların ittifaqdan ayrılması prosesinə start verilib.
Əliyar Xəlil
Globalinfo.az














