Gözlənilən görüş nəhayət ki, baş tutur – İrəvan açıqladı

“İrəvan “3+3” formatında keçiriləcək iclasda iştirak etmək üçün Tehrandan dəvət alıb”.

Globalinfo.az xəbər verir ki, bunu Ermənistan Xarici İşlər Nazirliyinin rəsmisi Vahan Kostanyan bildirib.

O, hələ dəqiq qərar verilmədiyini deyib.

Qeyd edək ki, yaxın vaxtlarda Tehranda İran, Azərbaycan, Türkiyə, Rusiya, İran, Ermənistan, Gürcüstan xarici işlər nazirləri səviyyəsində 3+3 formatı üzrə ilk görüşün keçiriləcəyi gözlənilir.

Ayşən Mustafa
Globalinfo.az