“3+3” formatı üzrə növbəti görüş nə vaxt baş tutacaq?

3+3 platformasının növbəti iclası bu il yenidən baş tuta bilər.

Globalinfo.az xəbər verir ki, bunu İranın Rusiyadakı səfiri Kazım Cəlali deyib.

O, Gürcüstanın iştirakçıya çevriləcəyinə ümid etdiyini bildirib, həmçinin bunu Cənubi Qafqazdakı problemlərin həlli üçün ən faydalı format adlandırıb.

“Regiondakı problemlərin həlli üçün ən faydalı format “3+3” formatıdır. Ümid edirəm ki, bu il yeni iclas keçiriləcək”.

İran səfiri bu formatda əvvəlki görüşün ötən il Tehranda keçirildiyini xatırladıb. 

“Başqa ölkələrin mövcudluğu Cənubi Qafqazda problemlərin nizamlanmasına mane olur. Ən yaxşı ekspert bu regionun altı ölkəsidir (Rusiya, Türkiyə, İran, Azərbaycan, Ermənistan və Gürcüstan), nəinki başqa dövlətlər”, – deyə Cəlali vurğulayıb.

Əliyar Xəlil
Globalinfo.az