İranın yeni nazirindən Zəngəzur dəhlizi ilə bağlı açıqlama

İranın yeni nazirindən Zəngəzur dəhlizi ilə bağlı açıqlama

“Biz regionun inkişafına zəmin yarada biləcək hər bir təşəbbüsü alqışlayırıq, lakin sərhədlər və demoqrafik dəyişiklikləri qəbul etmirik”.

Globalinfo.az xəbər verir ki, bu fikirləri İranın xarici işlər naziri vəzifəsini müvəqqəti icra edən Əli Bagiri Kani “CNN Türk” telekanalına müsahibəsində deyib.

Zəngəzur dəhlizi ilə bağlı danışan nazir İranın ənənəvi yanaşmasını bir daha vurğulayıb.

Qeyd edək ki, İran Zəngəzur dəhlizini özünün “qırmızı xətti” adlandırır. Tehran dəhlizin Ermənistanın tam nəzarətində olmasını istəyir. Azərbaycan isə dəfələrlə Ermənistan ərazisinə hücum etmək planında olmadığını açıqlayıb. Bununla bərabər, Bakı Zəngəzur dəhlizi üçün ya Kalininqrad variantının tətbiq edilməsini, ya da Rusiya sərhədçilərinin müvəqqəti nəzarətində olmasını təklif edir, lakin Ermənistan bu variantlarla razılaşmır.

Safura Bənnayeva
Globalinfo.az