ABŞ-dan İran prezidentinin qəzaya düşməsinə REAKSİYA

ABŞ-dan İran prezidentinin qəzaya düşməsinə REAKSİYA

“Biz İran prezidenti və xarici işlər nazirini daşıyan helikopterin sərt enişi ilə bağlı xəbərləri diqqətlə izləyirik”.

Globalinfo.az xəbər verir ki, bunu İran Prezidenti İbrahim Rəisinin helikopterinin qəzaya düşməsinə münasibətdə ABŞ Dövlət Departamentinin sözçüsü deyib.

ABŞ Prezidenti Co Bayden helikopter qəzası ilə bağlı məlumatlandırıldığı, əlavə şərhin olmadığı bildirilib.

Qeyd edək ki, SEPAH qüvvələri helikopterin axtarış tədbirlərinə cəlb ediliblər.