Lukaşenko haqlıdır: Bakı bütün regiona… – Ayvazyan

“Belarus Prezidenti Aleksandr Lukaşenko Azərbaycana dövlət səfəri zamanı bəyan etdi ki, Azərbaycan indi lider kimi bütün Cənubi Qafqaz regionuna cavabdehdir və regiondan kənarda yaşayan xalqlar buna böyük ümid bəsləyirlər. Təbii ki, əgər biz siyasi ritorikanı rəhbər tuturuqsa, o zaman Belarus prezidentinin ünvanına tənqidi sözlər deməliyik. Ancaq adekvat qiymətləndirsək, hər şey qanunidir”.

Globalinfo.az xəbər verir ki, bunu “Luys” İnformasiya və Analitik Mərkəzinin rəhbəri Ayk Ayvazyan deyib.

Onun sözlərinə görə, Rusiya ilə yaxşı münasibət quran dövlətin Cənubi Qafqazdakı proseslərdə payı ola bilər:

“Bugünkü reallıq ondan ibarətdir ki, Azərbaycan Cənubi Qafqazda Rusiya ilə ən yaxşı münasibətlərə malikdir. ABŞ və müttəfiqləri artıq Ermənistanı özlərininki edib, geosiyasi maraqlarına qurban verirlər. Qərbin təhriki ilə Ermənistan regional sabitliyin və təhlükəsizliyin qorunmasında faktor olmaqdan çıxıb. Yalnız Azərbaycan bu gün güclü və sabit vəziyyətdədir”.

“Ermənistan Rusiyanın vasitəçiliyindən və imkanlarından imtina edərək, özünü Qərbin tələsinə saldı və Cənubi Qafqazda aktyor olmaq payını itirdi”, – A.Ayvazyan bildirib.

Safura Bənnayeva
Globalinfo.az