Putin rus ordusuna əmr verdi

“Rusiya Silahlı Qüvvələrinin Baş Qərargahı Cənub Hərbi Dairəsi və Hərbi Dəniz Qüvvələrinin raket birləşmələri ilə təlimlərin keçirilməsi üçün hazırlıqlara başlayıb“.

Globalinfo.az xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyi məlumat yayıb.

Müvafiq təlimin Rusiya Prezidenti Vladimir Putinin tapşırığı ilə keçirildiyi bildirilib.

“Təlimlərin məqsədi şəxsi heyətin və texnikanın hazırlığını və Rusiyanın ərazi bütövlüyünü, suverenliyini təmin etməkdir. Təlimlər Qərb ölkələrinin rəsmilərinin Rusiyaya qarşı təxribat xarakterli bəyanat və təhdidlərinə cavabdır”, – məlumatda qeyd edilir.

Safura Bənnayeva
Globalinfo.az