Ermənistan məlumat yaydı: sərhəddə atışma, yaralılar var

Ermənistanla şərti sərhəddə, Gorus rayonunun Dığ kəndində baş vermiş təxribat nəticəsində daha bir erməni əsgəri yaralanıb. 

Globalinfo.az xəbər verir ki, bununla bağlı Ermənistan Müdafiə Nazirliyi məlumat yayıb.

Bildirilib ki, bu gün saat 12:10 radələrində Dığ kəndi ərazisində erməni əsgər güllə yarası alıb.

Onun vəziyyətinin orta-ağır olduğu bildirilir.

***

İyulun 12-si saat 05:30 radələrində Ermənistanla şərti sərhəddə, Gorus rayonunun Dığ kəndi istiqamətində Ermənistan ordusu növbəti dəfə təxribata cəhd edib.

Globalinfo.az xəbər verir ki, Ermənistan Müdafiə Nazirliyi təxribat nəticəsində bir hərbçisinin yaralandığını açıqlayıb.

Qeyd edək ki, Azərbaycan Müdafiə Nazirliyi şərti sərhəddəki son vəziyyətlə bağlı məlumat yayıb. Məlumata əsasən iyulun 12-si saat 05:45-də Ermənistan silahlı qüvvələrinin bölmələri Gorus rayonunun Dığ yaşayış məntəqəsi istiqamətində yerləşən mövqelərindən Azərbaycan Ordusunun Laçın rayonunun Zabux yaşayış məntəqəsi istiqamətində yerləşən mövqelərini də atıcı silahlardan atəşə tutduğu bildirilir.

Ayşən Mustafa
Globalinfo.az