İran yenidən “Zəngəzura görə narahat” olmağa başladı…

“İranda müxtəlif dairələrlə keçirdiyim görüş və müzakirələr zamanı Sünik (Zəngəzur – red.) məsələsi əsas mövzu olub”.

Globalinfo.az xəbər verir ki, bunu “Şərəfim var” fraksiyasının deputatı Tiqran Abramyan yazıb.

O bildirib ki, iranlı ekspertlər Qarabağın Azərbaycanın nəzarətində olmasını Tehranın maraqlarına zidd hesab edirlər.

“Ermənistanda, xüsusilə Sünik ətrafında yaranmış hərbi-siyasi vəziyyət İranı çox narahat edir. Tehran bu riskləri neytrallaşdırmaq üçün Ermənistanla müxtəlif formatlarda, ilk növbədə hərbi sahədə dərin əməkdaşlığa hazırdır”, – T.Abramyan iddia edib.

Safura Bənnayeva
Globalinfo.az