26 yaşlı gənc faciəvi şəkildə öldü

26 yaşlı gənc faciəvi şəkildə öldü

İsmayıllıda çayda batan şəxsin meyiti tapılıb.

Faiq Qurbanovun meyiti FHN-nin əməkdaşları tərəfindən tapılaraq sudan çıxarılıb və aidiyyəti üzrə təhvil verilib.

***16:26

İsmayıllıda 26 yaşlı şəxs çayda batıb.

Globalinfo.az “Report”a istinadən xəbər verir ki,hadisə Göyçay çayının rayonun Gideyli kəndindən keçən hissəsində qeydə alınıb.

Belə ki 1999-cu il təvəllüdlü rayonun Qalacaq kənd sakini Qurbanov Faiq Qurban oğlu çayda çimmək istəyərkən qəfildən suda batıb.

Əraziyə FHN-nin əməkdaşları cəlb olunub, axtarışlar davam edir.