İsrail səfiri Rusiya XİN-ə çağırıldı

İsrailin Rusiyadakı səfiri Simon Halper Xarici İşlər Nazirliyinə çağırılıb.

Globalinfo.az xəbər verir ki, bu barədə “RİA Novosti” məlumat yayıb.

Səfirin hazırda XİN-ə gəldiyi açıqlanıb.

Qeyd edək ki, daha əvvəl Rusiya Xarici İşlər Nazirliyi “İsrail səfiri Simon Halperin Kremlin xarici siyasətini və tarixi reallıqları təhrif edən qəbuledilməz açıqlamalar” verdiyini bildirib.

XİN səfirin bəyanatlarını diplomatik missiya üçün “son dərəcə uğursuz başlanğıc” adlandırıb.