25 ölkədən İsrailə mesaj: Netanyahunun müşaviri özündən çıxdı

25 ölkədən İsrailə mesaj: Netanyahunun müşaviri özündən çıxdı

İsrailin Baş naziri Benyamin Netanyahunun ofisinin müşaviri Dmitri Gendelman 25 ölkənin xarici işlər nazirlərinin Qəzza zolağında atəşi dərhal dayandırmağın zəruriliyi ilə bağlı birgə bəyanatına münasibət bildirib.

Globalinfo.az xəbər verir ki, o, bunu ədalətsizlik adlandırıb.

HƏMAS-a təzyiq göstərmək barədə bir kəlmə belə qeyd olunmayan birgə bəyanat, həm də zərərlidir. Bu, danışıqlar prosesini sarsıdır, HƏMAS-ın cəzasızlıq hissini gücləndirir və müharibənin daha da uzadılmasını təşviq edir”, – deyə müşavir Telegram kanalında yazıb.

Gendelman hesab edir ki, bu bəyanat HƏMAS-a yanlış və təhlükəli siqnal göndərir.

Qeyd edək ki, iyulun 21-də 25 ölkənin xarici işlər nazirləri İsraili Qəzzada müharibəyə dərhal son qoymağa və anklavlara humanitar yardımın çatdırılmasına qoyulan məhdudiyyətləri aradan qaldırmağa çağırıb.

Əliyar Xəlil
Globalinfo.az