24 dekabrda doğulan əkizlərə İlham və Mehriban adları verildi – FOTO

Siyəzən şəhərində 24 dekabr tarixində doğulan əkizlərə İlham və Mehriban adları verilib.

Globalinfo.az Oxu.Az-a istinadən xəbər verir ki, bu barədə Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri Elnur Hidayətoğlu məlumat yayıb.

“Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin doğum günündə – 24 dekabrda TƏBİB-in tabeliyində fəaliyyət göstərən Siyəzən Rayon Mərkəzi Xəstəxanasında dünyaya göz açan əkizlərə valideynləri İlham və Mehriban adlarını veriblər.

Hazırda ana və körpələrin vəziyyəti stabildir, həkim və tibb bacıları tərəfindən ciddi nəzarət altındadırlar”, – o qeyd edib.