Kreml Nikol Paşinyanın Rusiyaya səfərini xüsusilə gözləyirdi, onun baş nazirə çoxlu sualları var.
Globalinfo.az xəbər verir ki, bu barədə Ermənistanın “Joxovurd” nəşrinin yayımladığı məqalədə qeyd olunur.
Nəşr Rusiyanın bu dəfə çox ciddi şəkildə N.Paşinyandan cavab gözlədiyini yazır. Məlumata görə, Ermənistan rəsmilərinin bir müddət MDB və KTMT-nin görüşlərinə qatılmaması, zaman-zaman Rusiyaya səfər təkliflərini rədd etməsi Moskvanı qəzəbləndirib.
Bir müddətdir Rusiyanın vasitəçiliyi ilə təşkil olunan bütün görüşlərdən qaçan Paşinyanın Kremllə buzları əritmək qərarına gəldiyi bildirilir. Lakin Vladimir Putinin Paşinyanın bəzi məsələlərə aydınlıq gətirməsini gözlədiyi, baş nazirin qeyri-müəyyən cavablar verəcəyi təqdirdə Moskva ilə İrəvan arasında gərginliyin artacağı bildirilir.
Ayşən Mustafa
Globalinfo.az














