Xırdalanda 22 yaşlı qadının əri tərəfindən amansızlıqla öldürülməsinin təfərrüatları üzə çıxıb.
Globalinfo.az-ın əldə etdiyi məlumata görə, 2021-ci ilin 7 oktyabrında Abşeron rayonu, Xırdalan şəhərində fərdi yaşayış evində kirayədə yaşayan 1999-cu il təvəllüdlü İnci Umarovanın əri Sənan Umarov tərəfindən öldürülməsi ilə bağlı cinayət işi üzrə məhkəmə prosesi bu il yanvarın 28-də başa çatıb.
Aparılmış araşdırmalarla müəyyən edilib ki, İ.Umarova 1991-ci il təvəllüdlü Sənan Umarovun ikinci evliliyi olub. Sənan ilk arvadından uşağı olmadığı üçün boşanıb və 2019-cu İldə İnci ilə evlənib. O, daha sonra ailəsi ilə bigə Şəkinin Şorsu kəndindən Sumqayıta köçüb. 2021-ci ilin avquatunda isə Xırdalanda kirayə ev tutaraq həyat yoldaşı və 2 körpə övladı ilə ora köçüb. Bundan sonr Sənanda həyat yoldaşının ona xəyanət etməsi ilə bağlı şübhələr yaranıb. S.Umarov iddia edib ki, arvadı başqa kişilərlə danışrmış və onunla boşanmaq istəyib.
Bundan sonra oktyabrın 7-də saat 11 radələrində Xırdalan şəhəri, H. Əliyev prospekti, 120 saylı marşurt xəttinin son dayanacağının yaxınlığında yerləşən evin yardımçı otağında Sənan arvadı ilə mübahisə edib. S.Umarov İncinin başqa kişilərlə ona xəyanət etməsindən şübhələndiyi üçün onu qısqanclıq zəminində öldürmək qərarına gəlib, bıçaqla onun saçlarından tutaraq başını aşağı əyib və kürəyinə bıçaqla zərbələr endirib. Bu zaman Sənanın anası onların evində qonaq olub və qışqırıq səsi eşidərək gəlininə kömək etmək istəyib. İnci ərinin əlindən qan içində qaçaraq qonaq otağına girib və qapını arxadan bağlayıb. Sənan isə zorla qapını açaraq İncini təqib edib. Ərinin onu öldürəcəyini görən gənc qadın otağın “fortuçka” adlanan nəfəsliyindən qonşu evin həyətinə qaçıb. Bunu görən Sənan əlində bıçaqla küçəyə çıxaraq qonşunun qapısını döyüb. Qonşu ailə isə qapını açmayıb və polisə zəng edib. “Sizinlə işim yoxdur, qapını açın” deyən Sənan Umarov daha sonra qonşunun evinin pəncərəsini sındırıb və dəmir barmaqlıqları qopararaq onların evinə daxil olub. O, evdəki qan izlərini təqib edərək həyat yoldaşının gizləndiyi yeri tapıb. Qonşunun evində arvadının qan içində çarpayıda uzanıqlı halda olduğunu görən Sənan Umarov yenidən hücum edərək ona 20-dən artıq bıçaq zərbəsi endirib. 22 yaşlı İnci aldığı 27 bıçaq zərbəsi nəticəsində hadisə yerində ölüb.
İstintaq zamanı İnci Umarovanın başqa kişilərlə ərinə xəyanət etməsi ilə bağlı iddialar təsdiqini tapmayıb.
Həyat yoldaşını vəhşicəsinə öldürən S.Umarov Cinayət Məcəlləsinin 120.2.4-cü (Xüsusi amansızlıqla adam öldürmə) maddəsi ilə təqsirləndirilib. Sumqayıt Ağır Cinayətlər Məhkəməsində hakim Hafiz Əliyevin sədrliyi ilə keçirilən prosesin yekununda o, 17 il 6 ay müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilib.
Malik
Globalinfo.az














