Babayan 44 günlük müharibədən danışacaq

Keçmiş qondarma rejimin “təhlükəsizlik şurasının katibi” Samvel Babayan Ermənistanda 44 günlük müharibəni araşdıran İstintaq Komissiyasına dəvət olunub. 

Globalinfo.az xəbər verir ki, Babayanın noyabrın 29-da komissiya qarşısına çıxacağı və ifadə verəcəyi bildirilir.

Sessiyanın mətbuata açıq və ya qapalı keçiriləcəyi məlum deyil.

Noyabrın 25-i komissiyanın sədri Andranik Köçəryan deyib ki, Babayan Samvel Şahramanyanın ifadəsi zamanı sessiyada qonaq kimi iştirak etmək istədiyini bildirib, lakin müstəqil məsləhətçi kimi iştirak etmək təklif olunub. O, əvvəlcə razılaşsa da, son anda heç bir səbəb göstərmədən komissiyada iştirakdan imtina edib.

Ayşən Mustafa
Globalinfo.az