“ABŞ və Rusiya diplomatik lüğətdən əl çəkərək Cənubi Qafqazda bir-birilərinə faktiki müharibə elan etdilər”.
Globalinfo.az xəbər verir ki, bunu erməni politoloq Hrant Melik-Şahnazaryan deyib.
O, Azərbaycan və Ermənistanın kritik seçim qarşısında olduğunu bildirib:
“İrəvan faktiki olaraq öz oriyentasiyasını qərbyönümlü istiqamətə dəyişmək qərarına gəlib. Bu istiqamətdə ilk addımlar atılıb. Sərhədlərə avropalı müşahidəçilər gətirilib, Fransadan silahlar alınıb. Həmçinin, Rusiya ilə münasibətlər nəzərəçarpacaq dərəcədə pisləşib. Bu o demək deyil ki, hər şey yaxşı olacaq. Əksinə Ermənistan üçün çoxlu yeni təhlükələr, təhdidlər yaranıb ki, İrəvan onlara qarşı hazırlıq görməyib. Qərb bizə iqtisadi rifah vəd edir, təhlükəsizlik deyil.
Paralel olaraq Ukrayna müharibəsinə başı qarışan Rusiya Cənubi Qafqazda Azərbaycanı və Türkiyəni razı salmaq üçün əlindən gələni edir. Moskvanın bu yanaşması bizim üçün məqbul deyil. Paşinyanın qərarları Moskvanı İrəvandan uzaqlaşdırır”.
Erməni politoloq ölkəsinin 44 günlük müharibədən sonra subyektivliyini itirdiyini deyib:
“Azərbaycan həm qalib mövqeyindən çıxış edir, həm də regionun bir nömrəli tərəflərindən Türkiyənin tam dəstəyini alır. Yəni geosiyasi rəqabətdə Ermənistanın maraqları nəinki qorunmur, ümumiyyətlər təmsil olunmur. ABŞ və Rusiyanın son bəyanatları regionda genişmiqyaslı müharibəyə gətirib çıxara bilər. Hər kəs buna hazırlaşır. Ermənistan rəsmilərindən başqa. Sadəcə erməni xalqı hakimiyyəti aradan götürməklə regiondakı vəziyyəti dəyişə bilər. ABŞ və Rusiya da bunun fərqində olduqları üçün Qarabağ ermənilərinin geri qayıtması məsələsini vurğulayıb xalqımızı sakitləşdirməyə çalışırlar. Cənubi Qafqazda Azərbaycanla Türkiyə, o cümlədən Qərb gələcək üçün mübarizə aparırlar. Ermənistan isə hələ dünyanın qovşağını qurur…”.
Əliyar Xəlil
Globalinfo.az














