2024-cü il Ukrayna üçün asan olmayacaq – Valeri Zalujnı

2024-cü il Ukrayna üçün asan olmayacaq - Valeri Zalujnı

Ukrayna Silahlı Qüvvələrinin Ali Baş Komandanı Valeri Zalujnı Yeni il videomüraciətində qeyd edib ki, 2023-cü il ölkənin azadlığı uğrunda mübarizə üçün son dərəcə çətin keçdi.

Globalinfo.az modern.az-a istinadən xəbər verir ki, Zalujnı Ukrayna hərbçilərinə təşəkkür edib:

“Ukraynalı əsgərlər, o cümlədən vətən uğrunda döyüşlərdə həlak olanlar qarşısında ölkənin müdafiəsi naminə mətanət və sədaqətlərinə görə baş əyirəm”.

Zalujnıya görə, 2024-cü il asan olmayacaq.

“Övladlarımızın azadlığı və gələcəyi uğrunda mübarizə davam edir”.

Ali Baş Komandan həmçinin əmin olduğunu bildirib ki, Ukrayna xalqı bütün sınaqlardan ləyaqətlə və addım-addım keçəcək və qələbəni daha da yaxınlaşdıracaq.