Qarabağdakı separatçı tör-töküntülər təcili iclas keçiriblər.
Globalinfo.az xəbər verir ki, iclası separatçıların keçmiş başçısı Araik Arutyunyanı müvəqqəti əvəz edən Davit İşxanyan təşkil edib.
Erməni mediası iclasda xüsusən regiondakı hərbi vəziyyətin müzakirə olunduğunu yazır:
“Toplantı zamanı qeyd edilib ki, Qarabağ və ətrafındakı mövcud prosesləri 2020-ci il müharibəsindən sonra müşahidə olunan ən böyük hərbi aktivliklik kimi xarakterizə etmək olar”.
Qeyd edək ki, son günlər Qarabağda silahlı terrorçular səngərlər qazmağa, Ermənistan isə sərhədə qoşun yığmağa başlayıb.
Tamerlan Yayaqan
Globalinfo.az














