ehali 9 900x600 1

Dövlət Statistika Komitəsinin rəsmi hesabatına əsasən, 2025-ci ilin yanvar-may aylarında 38 836 uşaq, 2026-cı il yanvar-may aylarında isə 28 631 körpə dünyaya gəlib”.

Globalinfo.az xəbər verir ki, bunu REAL Partiyasının sədri, iqtisadçı Natiq Cəfərli deyib.

İqtisadçı bildirib ki, doğum sayı cəmi bir il ərzində eyni dövr üçün 10 205 nəfər (təxminən 26%) azalıb:

“Hər 1000 nəfərə düşən doğum əmsalı isə 2025-ci ilin ilk 5 ayında 9,2 olduğu halda, 2026-cı ilin müvafiq dövründə 8,5-ə enib.

Ölkədən gənclərin sürətli köçünü də nəzərə alsaq, məmləkət demoqrafik fəlakətə doğru gedir. Cəmi 15-20 ildən sonra təqaüdçülərin sayı rəsmi lşləyənlərin sayından çox olacaq. Ölkəmiz 2006-cı il Yunanıstanın vəziyyətimə.düşəcək, amma, Yunanıstan Avropa İttifaqı ölkəsidir. Avropa onlara 180 mlrd. avro verdi, böhrandan dartıb çıxardı. Bizdə isə gənclər ölkədən köçür, ailə qurmur, çox uşaq doğmurlar”.

Əliyar Xəlil
Globalinfo.az

Paylaş: